Almaniya-Berlin
Brandenburg Qapısı, Alman Parlamenti Binası, Alexander Meydanı, Müzey Adası, Berlin
Katedralı, CheckPoint Charlie, Berlin Divarını və digər görməli məkanlar
Avstriya-Vyana
Schonbrunn Sarayı, Belveder, Müqəddəs Stefan kilsəsi, Muzeylər, Albertini ziyarət edəcək,
Bethovenin və digər məşhur sənətkarların abidələrini görəcəksiniz.
Həmçinin bazar meydanında alış-veriş etmək şansınız da olacaqdır.
Çexiya-Praqa
Məşhur simvolikaya çevrilmiş Çarlz körpüsü, Qədim Şəhər meydanı, Praqa Astronomiya
Saatı, Kilsələr və Monastırlar, qalalara baş çəkəcək, şəhər meydanı və bütün şəhər ətrafında
gəzinti edəcəksiniz.
Polşa – Wroclaw
Köhnə Şəhər, Wroclaw-ın Küçələri, Katedral Adası, Wroclaw Zooparkı, Wroclaw Bələdiyyə
Sarayı, St. John Katedralı, St. Elizabeth Kilsəsi, Wroclaw Universiteti və Tumski Körpüsü,
John and Margaret Evləri və Odra Çayını gəzintimiz zamanı ziyarət edəcəyik.
Yerli səfərlər – Milli park, Polanica, Bystrzyca Klozdko və Klozdko
Tarixə səyahət edin və Euroweek`in doğulduğu yerlərə baş çəkin; abidələri, kilsələri,
muzeyləri ziyarət edin və yerli əhalinin sadə bir həyat yaşadığını müşahidə edin.
Klodzko şəhər mərkəzi - Barokko və klassik üslubda işlənmiş bina və kilsələrin nəfis
tərtibatının təəccübündə olacaqsınız. Qarşınıza çıxan tarixi qalalarda isə tam başqa macəra
və həyəcan sizi gözləyir. Burada siz əsrlər öncə istifadə edilmiş alətləri görəcək, həmçinin
yeraltı Sirli keçidlərdən keçəcəksiniz.
Kibrit Muzeyi - Kibrit Muzeyi evi 1834-cü ildə tikilib, lakin əvvəllər evangelist kilsə idi və bir
ildən sonra Muzeyə çevrilib. Sərgidə yanğınsöndürmə sənayesinin tarixi haqqında
məlumatlar, müxtəlif kibrit kolleksiyaları və s göstərilir.
Gəzintilərin xüsusi təşkili üçün digər yerlər qızıl mədəni və dağ səfərlərindədir.